Bank Of Baku

Azərbaycanda normativ sənədlərə uyğun olmayan qida məhsullarının istehsalçıları və idxalçıları 97 min manat cərimələnib

Azərbaycanda normativ sənədlərə uyğun olmayan qida məhsullarının istehsalçıları və idxalçıları 97 min manat cərimələnib
# 15 aprel 2010 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda normativ sənədlərə uyğun olmayan qida məhsulları istehsalçılarına və idxalçılarına qarşı ümumi dəyəri 97 475 manat məbləğində cərimə sanksiyaları tətbiq olunub.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan hökumətinin cari ilin birinci rübünün yekunlarına dair keçirilən iclasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

R.Həsənovun sözlərinə görə, ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən 40 ton qənnadı məmulatları, 888 ton düyü, 10 ton süd məhsulları, 56 min litr alkoqolsuz içkilər və meyvə şirələri insan sağlamlığı üçün təhlükəli olduğuna görə dövriyyədən çıxarılaraq məhv edilib.

Məhsullar komitənin nəzdində fəaliyyət göstərən, müasir avadanlıqla təchiz olunmuş və müvafiq təlimlər keçmiş ekspertlərə malik olan ərzaq laboratoriyasında sınaqlardan keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR