Azərbaycanın gömrük sərhədində I rübdə qeydə alınan hüquqpozma faktlarının sayı 2 dəfə artıb
15 aprel 2010 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 349 hüquqpozma faktı aşkar edilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən 2 dəfə çoxdur. «APA-Economics»in məlumatına görə, bu barədə DGK-nin sədri Aydın Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, qeydə alınan faktlardan 58-i cinayət xarakterli olmaqla 66 nəfər, o cümlədən bir neçə mütəşəkkil cinayətkar qrup üzvü şübhəli şəxs qismində saxlanılıb.
Bu ilin I rübündə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkar olunmuş 16 fakt üzrə ümumilikdə 61,4 kq müxtəlif növ narkotik maddələrin, o cümlədən 48 kq həşiş, 13 kq heroin, 7 kq-dək digər psixotrop maddələrin respublikamızın gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Aşkar edilmiş 1 291 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 122 hüquqi şəxs, o cümlədən 37 xarici hüquqi şəxs və 1 169 fiziki şəxs (onlardan 306-sı xarici) inzibati məsuliyyətə cəlb edilib, 461 min manat dəyərində qaçaqmal aşkar edilərək 245,8 min manat və ya ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çox cərimə tətbiq edilib.

Sahibkarlıq
Ağdam Sənaye Parkında fəaliyyətə başlayan “Prof-Dam” MMC-də 40-dək iş yeri açılacaq
18:33
20 sentyabr 2024
Azərbaycanın "Olivea" Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar
17:46
20 sentyabr 2024
"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib
15:54
20 sentyabr 2024
Azərbaycanda ESG sahəsi üzrə milli standartlar hazırlanıb
15:15
20 sentyabr 2024