Bank Of Baku

Eyyub Hüseynov: “Son bir ayda Azərbaycanda istehlak malları 12-15% bahalaşıb”

Eyyub Hüseynov: “Son bir ayda Azərbaycanda istehlak malları 12-15% bahalaşıb”
# 15 aprel 2010 11:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azad İstehlakçılar Birliyi (AİB) cari istehlak bazarındakı vəziyyət, həmçinin kommunal təsərrüfatın mövcud vəziyyətlə bağlı mətbuat konfransı keçirib.

«APA-Economics»in məlumatına görə, AİB sədri Eyyub Hüseynov dünən ölkə prezidentinin istehlakçıların hüquqlarının qorunması sahəsində müvafiq fərman imzaladığını qeyd edib: «Əgər Nazirlər Kabineti tərəfindən bu fərman icra edilərsə, ölkədə istehlak mallarının qiymətində 20% ucuzlaşma olacaq».

E.Hüseynovun sözlərinə görə, son bir ay ərzində istehlak mallarının qiymətində 12-15% artım müşahidə olunub: “Mövsümi malların, xüsusən də kənd təsərrüfatı mallarının (göyərti) qiyməti azalıb. Ümumiyyətlə, son 10 il ərzində qiymətlər getdikcə artır, amma azalmadan söhbət getmir”.

E.Hüseynov bildirib ki, Azərbaycanda müstəqil laboratoriya yaradılmadıqca, ölkəyə idxal olunan keyfiyyətsiz malların sayı artacaq: “Hazırda Bakıda satılan körpə qidalarının 40%-i standartlara uyğun deyil. Həmçinin spirtli içkilərin 90%-i vaxtı keçmiş məhsullardır. Bu içkilərin tərkibində ağır maddələr mövcuddur”.

E.Hüseynov qeyd edib ki, Azərbaycanda «Euro-2» standartının tətbiq edilməsi nəticəsində benzinin qiymətinin artması qaçılmaz olacaq.

Tədbirdə həmçinin AİB-in eksperti Nüsrət Qasımov istehlakçıların təbii qazdan istifadə qaydaları sahəsində maarifləndirilməsi işinin aparılmasının sıfır səviyyəsində olduğunu bildirib. O, istehlakçılara verilən təbii qazın kifayət qədər olmadığını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR