Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi I rübdə 8% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi I rübdə 8% artıb
# 15 aprel 2010 12:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda əhaliyə ticarət və xidmət şəbəkəsindən 3,1 mlrd. manatlıq istehlak malları satılıb və 1 mlrd. manatlıq pullu xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin I rübünə nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,3%, pullu xidmətlərin həcmi isə 10,6% artıb.

Hesabat dövründə əhaliyə realizə olunmuş istehlak mallarının 65,4%-ni ərzaq məhsulları, 34,6%-ni isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 7,7% və 10,2% çoxalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR