Bank Of Baku

Azərbaycanda güzəştli şərtlərlə maliyyələşdiriləcək investisiya layihələri müəyyənləşib

Azərbaycanda güzəştli şərtlərlə maliyyələşdiriləcək investisiya layihələri müəyyənləşib
# 15 aprel 2010 14:33 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, təkliflərin qəbulu aprelin 1-də başa çatıb. SKMF-ə sahibkarlıq subyektləri tərəfindən ümumilikdə 16 təklif - uşaq qidası istehsalının təşkil olunması üzrə 3, südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin yaradılması üzrə 8, müasir standartlara cavab verən kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə isə 5 təklif daxil olub. Qiymətləndirmə prosesindən sonra uşaq qidası istehsalının təşkil olunması üzrə 1, südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin yaradılması üzrə 3, müasir standartlara cavab verən kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə isə 2 layihənin maliyyələşdirilməsi qərara alınıb.

Ş.Abdullayev maliyyələşdiriləcək layihələri də açıqlayıb. Uşaq qidasının iştehsalı üzrə «Diplomat» şirkətinin təklifinin müsbət qəbul edildiyini deyən Fond rəsmisi bu prosesdə Türkiyənin nüfuzlu firmalarından birinin iştirak edəcəyini, həmçinin, layihədə Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə bağlı müzakirələrin aparıldığını bildirib.

Südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin yaradılması üzrə «Atropatena», «Hacı Camalxan» və «Qarainək» şirkətlərinin, kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə isə «Göyçay Konyak» və «Sultan-O» şirkətlərinin layihələri bəyənilib.

Tədbirdə həmçinin, Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına (2008-2015-ci illər) uyğun olaraq, ölkə əhalisinin quş ətinə olan tələbatının daha dolğun ödənilməsi üçün müasir standartlara cavab verən ətlik istiqamətli quşçuluq (o cümlədən, damazlıq broyler) təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə təkliflərin qəbulu elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR