Bank Of Baku

Gəncə bazarlarında çəki tərəzilərini yoxlamaq üçün reyd keçirilib

Gəncə bazarlarında çəki tərəzilərini yoxlamaq üçün reyd keçirilib
# 16 aprel 2010 10:00 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncədə yerləşən 2 saylı Ərazi Nəzarət İdarəsi bazarlarda satıcıların istifadə etdiyi tərəziləri yoxlamaq üçün reyd keçirib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, ilkin yoxlamalar zamanı çəki yol verilən xətadan 30-50 qram əskik olsa da, sonrakı yoxlanışlar daşların 100-250 qram arasında az çəkdiyini göstərib. Yoxlamalar zamanı 2 saylı Ərazi Nəzarət İdarəsinin əməkdaşları yoxlamalar zamanı artıq istifadədən çoxdan yığışdırılmış çəki daşları da aşkarlayıblar.

Qeyd edək ki, istifadədən çıxarılmış daşlar götürülüb, satıcılara və bazar rəhbərliyinə iradnamələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR