Bank Of Baku

Azərbaycanın dövlət rəmzləri Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən qeydiyyata alınıb

Azərbaycanın dövlət rəmzləri Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən qeydiyyata alınıb
# 16 aprel 2010 12:11 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib.

SMPDK-nın ÜƏMT-na rəsmi müraciəti əsasında qurumun Beynəlxalq Bürosu tərəfindən Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (1883, 20 mart) 6ter maddəsinə uyğun olaraq qeydiyyata alınmış dövlət rəmzləri haqqında rəsmi bülletendə məlumat çap edilib. Həmçinin ÜƏMT-nın rəsmi saytında qeydiyyata alınmış dövlət rəmzlərinin təsvirləri yerləşdirilmişdir. (www.wipo.int/ipdl/en/6ter)

Onu da bildirək ki, Paris Konvensiyasının 6ter maddəsinə uyğun olaraq dövlət bayraqları, gerbləri, emblemləri, rəsmi möhürləri, damğalarının əmtəə nişanı kimi və ya nişanlarda xüsusi element kimi qeydiyyatı və istifadəsinə yol verilmir.

Azərbaycan Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına 25 dekabr 1995-ci ildə qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR