Bank Of Baku

Yanvar-mart aylarında Azərbaycanda hüquqi şəxslərin sayı 1,2% artıb

Yanvar-mart aylarında Azərbaycanda hüquqi şəxslərin sayı 1,2% artıb
# 19 aprel 2010 06:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində 2010-cu il yanvarın 1-i vəziyyəti ilə müqayisədə Azərbaycanda hüquqi şəxslərin sayı 1,2% artaraq aprelin 1-nə 91 015 olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-mart aylarında qeydiyyatdan keçmiş hüquqi şəxslərin 84,8%-i xüsusi mülkiyyətli, 4,3%-i dövlət mülkiyyətli, 9%-i tam xarici investisiyalı, 1,8%-i isə birgə müəssisələrin payına düşüb.

Statistik vahidlərin Dövlət Registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (30,1%), Böyük Britaniya (11,4%), Rusiya (7,5%), İran (6%), ABŞ (5,6%) və Almaniya (2,7%) sahibkarları tərəfindən yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR