Bank Of Baku

Azərbaycanda yeni «fast food» restoranı açılacaq

Azərbaycanda yeni «fast food» restoranı açılacaq
# 19 aprel 2010 07:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «fast food» sektorunda fəaliyyət göstərən və bazarda Avropa şirkətlərinə alternativ olaraq yaradılmış «NFS Burger Turk» şirkəti Azərbaycanda da filial açmağı planlaşdırır. «APA-Economics»in «Cihan» İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, bunu «NFS Burger Turk» şirkətinin sahibi Fuad Yalvac bildirib.

Bir il əvvəl İzmir şəhərində fəaliyyətə başlamış şirkət cari ilin sonunadək Türkiyədəki filiallarının sayını 25-ə çatdırmağı planlaşdırır. Türkiyə ilə yanaşı şirkət Azərbaycan və Almaniyada da «Burger Turk» məhsulunu tanıtmaq məqsədi ilə filiallar açmağı və bu məhsulu beynəlxalq markaya çevirməyi planlaşdırır.

Məhsullarının 100% mal əti və toyuq ətindən hazırlandığını deyən F.Yalvac menyuda digər qarışıqların olmadığını vurğulayıb. Rəqibləri «McDonalds» və «Burger King»in sadəcə hamburger təqdim etdiyini deyən F.Yalvac «Burger Turk»da pitsa çeşidləri, salatlar və şirniyyatın yer aldığını qeyd edib. Restoranda bütün xidmətləri avtomatlaşdırılan şirkət həmçinin sifarişləri ofis və evlərə də çatdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR