Bank Of Baku

Saxlama müddəti ötmüş 11,3 ton ərzaq məhsulları satışdan çıxarılaraq məhv olunub

Saxlama müddəti ötmüş 11,3 ton ərzaq məhsulları satışdan çıxarılaraq məhv olunub
# 19 aprel 2010 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında növbəti monitorinq keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayonu, 1222-ci məhəllə, 12 ünvanında «Engin Ltd» MMC-yə məxsus anbarda apardığı yoxlama zamanı saxlama müddəti ötmüş 11,3 ton ərzaq məhsulları (şokolad, saqqız, çipsi və s.) aşkar edilərək qanuna müvafiq şəkildə məhv olunub.

Bundan başqa, müəssisənin anbarında saxlama müddəti ötmüş 54 çeşiddə 42 805 ədəd qeyri-ərzaq malları, o cümlədən 2 min ədəd şampun, 12 822 ədəd nəm salfet, 8 459 ədəd ayaqqabı kremi, 16 422 ədəd antipersperant, 269 ədəd yuyucu vasitələr, 71 ədəd saç boyası, 312 ədəd diş pastası və s. aşkar edilib, ticarət dövriyyəsindən çıxarılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR