Bank Of Baku

İranın ticarət və iqtisadiyyat naziri Mehdi Qəzənfəri: “Azərbaycanla ticarət dövriyyəsinin həcmini 543 milyon dollara çatdırmışıq” - FOTO

İranın ticarət və iqtisadiyyat naziri Mehdi Qəzənfəri: “Azərbaycanla ticarət dövriyyəsinin həcmini 543 milyon dollara çatdırmışıq” - <font color=red>FOTO</font>
# 19 aprel 2010 10:39 (UTC +04:00)
Tehran. Süleyman Fərzəliyev-APA. İranın ticarət və iqtisadiyyat naziri Mehdi Qəzənfəri Azərbaycanla iqtisadi münasibətlərin normal səviyyədə olduğunu bildirib. APA-nın Tehrana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, media təmsilçiləri ilə görüşdə Mehdi Qəzənfəri Azərbaycanla İran arasında ticarət dövriyyəsinin 543 milyon dollara çatdığını bildirib. İran Azərbaycana 372 milyon dəyərində məhsul ixrac edib, Azərbaycandan isə 171 milyon dollarlıq məhsul idxal olunub. Nazir İrandan Azərbaycana əsasən alma, kartof, sement və geyim məhsulları ixrac edildiyini, qonşu ölkədən isə tikinti materialları, maşın yağları, dəmir və polad idxal olunduğunu diqqətə çatdırıb: “İran bütün ölkələrlə ticarət əlaqələri qurmağa hazırdır və bir çox ölkələrlə, o cümlədən Azərbaycanla yüksək səviyyəli iqtisadi münasibətlərimiz var”. Dünyada baş verən iqtisadi böhranın İrana ilk mərhələdə enerji sahəsində təsir göstərdiyini deyən nazir daha sonra görülən tədbirlər nəticəsində böhranın təsirinin aradan qaldırıldığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR