Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi I rübdə 11% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi I rübdə 11% artıb
# 19 aprel 2010 10:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə 1,030 mlrd. manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% çox pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 74,8%-ni hüquqi şəxslərin müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2009-cu ilin yanvar-mart aylarının səviyyəsini 9,9% üstələyərək 820 mln. manata çatıb.

Hesabat dövründə əhaliyə göstərilən pullu xidmətlərin 15,7%-ni məişət xidmətləri təşkil edib. Məişət xidmətlərinin 88,8%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşıb. Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti pullu xidmətlərin başqa növləri ilə müqayisədə məişət xidmətləri sahəsində daha fəal inkişaf edib, onlar tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcminin 68,2%-ni məişət xidmətləri təşkil edib.

Bundan başqa, yanvar-mart aylarında xidmət müəssisələrində hər bir ölkə sakini hər ay orta hesabla 38,6 manatlıq və ya 6,1 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 4,7 manatı (77%-i) hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR