Bank Of Baku

Minskdə Azərbaycan və Belarus sahibkarları arasında işgüzar görüşlər keçirilir

Minskdə Azərbaycan və Belarus sahibkarları arasında işgüzar görüşlər keçirilir
# 19 aprel 2010 12:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Minskdə (Belarus) Azərbaycan və Belarus iş adamları arasında işgüzar görüşlər başlayıb.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Belarusun Ticarət Nazirliyi tərəfindən təşkil olunan görüşlərin keçirilməsində məqsəd Azərbaycan mənşəli malların ixrac imkanlarının genişləndirilməsidir.

Görüşlərdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən Azərbaycan və Belarus iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq, Azərbaycanı təmsil edən şirkətlərin istehsal etdiyi məhsullar nümayiş etdiriləcək.

Azərbaycan tərəfdən ikitərəfli görüşlərdə Naxçıvan Muxtar Respublikasını təmsil edən iş adamları daxil olmaqla 11 ixracatçı şirkətin nümayəndəsi iştirak edir.

Aprelin 21-dək davam edəcək səfər çərçivəsində azərbaycanlı sahibkarlar Belarusun Ticarət Nazirliyində olacaq, bu ölkənin iş adamları ilə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR