Bank Of Baku

“Toppuş” nişanlı şirniyyatlar satışdan yığışdırılıb

“Toppuş” nişanlı şirniyyatlar satışdan yığışdırılıb
# 19 aprel 2010 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında növbəti monitorinq keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilmiş yoxlamalar zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 11 ünvanında fiziki şəxs Haşem Fathali Bağeriyə məxsus anbarda aparılan yoxlama zamanı üzərində istehsal tarixi olmayan və normativ texniki sənədlərin tələblərinə uyğun markalanmamış 28 840 kiloqram duz, saxlama müddəti ötmüş 5 376 kiloqram şokolad, 1 120 kiloqram bitki yağı və 408 kiloqram üyüdülmüş ərik tumu aşkar olunub, ticarət dövriyyəsindən çıxarılaraq məhv edilib.

Bundan başqa, sahibkara məxsus sexdə istehsal edilmiş 2 378,8 kiloqram «Toppuş» nişanlı şirniyyatın (külçə) üzərində saxlama müddətinin normativ-texniki sənədlərdə müəyyən olunmuş müddətdən artıq göstərildiyi, istehsal edilən məhsulların resepturasının, hazır məhsulların qablaşdırılmasında istifadə olunan materialların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı aşkar edilib.

Qeyd edilən qanun pozuntuları ilə əlaqədar məhsul istehsalı və satışının dayandırılması, bu malların ticarət şəbəkəsindən yığılması barədə sahibkar Haşem Fathali Bağeriyə icrası məcburi göstəriş verilib.

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyi üçün fiziki şəxs Haşem Fathali Bağeri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR