Bank Of Baku

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 280 mini keçib

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 280 mini keçib
# 20 aprel 2010 06:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının 1-nə Azərbaycanda vergi orqanlarında qeydiyyatdan keçmiş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 280 mini keçib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə fərdi sahibkarların çox hissəsi ticarət (42,5%), nəqliyyat (20,6%), xidmət (10,6%) və kənd təsərrüfatı (9,0%) sahələrində fəaliyyət göstərir.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin əsas hissəsi Bakıda (36,1%), Aran (18,6%), Gəncə-Qazax (10,9%) və Abşeron (8,0%) iqtisadi rayonlarında fəaliyyət göstərir.

Ölkədə torpaq islahatlarının həyata keçirilməsi, torpağın xüsusi mülkiyyətə verilməsi nəticəsində, 2010-cu il aprelin 1-i vəziyyətinə Statistik Vahidlərin Dövlət Registrinə daxil edilmiş ailələrin sayı 850 mini keçib ki, bu da ölkədə torpaq payı alanların 98%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR