Bank Of Baku

Mayın 19-21-də Bakıda beynəlxalq qida sənayesi sərgisi keçiriləcək

Mayın 19-21-də Bakıda beynəlxalq qida sənayesi sərgisi keçiriləcək
# 20 aprel 2010 08:46 (UTC +04:00)
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Macarıstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və digər ölkələrdən olan 120-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Sərgi iştirakçılarının 30%-ni debütantlar təşkil edəcək.

Sərgidə ət və quş əti məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, dondurma, baqqaliyyə malları, meyvə və tərəvəzlər, uşaq və pəhriz qidaları, tütün məmulatları və digər ənənəvi bölmələr təqdim olunacaq.

Bundan başqa, 2010-cu ilin sərgisi bir neçə tematik ekspozisiyalara bölünəcək. Belə ki, «WorldFood Drink» bölümündə geniş çeşiddə alkoqollu və alkoqolsuz içkilər, «SeaFood» bölümündə isə dəniz məhsulları, onların saxlanması və daşınması üzrə xidmətlər təqdim olunacaq.

«WorldFoodTech» bölümündə yeyinti sənayesinin müxtəlif istiqamətləri, supermarketlər, laboratoriya analizləri üçün avadanlıqlar, eləcə də istehsalın ilkin mərhələsi üçün nəzərdə tutulmuş mini-zavod avadanlıqları nümayiş etdiriləcək.

«FoodPack» bölümünün stendlərində isə geniş çeşiddə Türkiyə, Rusiya və digər ölkələrin istehsalı olan qablaşdırma avadanlıqları ilə tanış olmaq mümkün olacaq.

Bununla yanaşı, bu il Qafqaz regionunda ilk dəfə olaraq «WorldFood Azerbaijan» sərgisi çərçivəsində Azərbaycan və digər ölkələrin «halal» ərzaq məhsulları istehsalçılarını bir araya gətirəcək «HalalFood» sərgisi də keçiriləcək. Qeyd edək ki, 2008-ci ilin statistik göstəricilərinə əsasən, bütün dünyada halal ərzaq məhsullarının bazarı 580 mlrd. ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR