Bank Of Baku

Haqsız rəqabətə yol verən şirkət barəsində maliyyə sanksiyası tətbiq edilib

Haqsız rəqabətə yol verən şirkət barəsində maliyyə sanksiyası tətbiq edilib
# 20 aprel 2010 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fəaliyyət göstərən «Elvan İrmak Qida Məhsulları» MMC barəsində şəkərli peçenye və qaletlərin istehsalı və satışı zamanı istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, cari ilin aprelin 15-də Dövlət Xidmətində müəssisənin nümayəndələrinin iştirakı ilə işə baxılıb və «Elvan İrmak Qida Məhsulları» MMC tərəfindən «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinin pozulduğu sübuta yetirilməklə, yol verdiyi qanun pozuntusuna görə müəssisəyə 60,7 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR