Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda özəl klinikaya yardım göstərəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda özəl klinikaya yardım göstərəcək
# 20 aprel 2010 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın səhiyyə sahəsində fəaliyyət göstərən «Billur Klinikası» MMC-yə keyfiyyətli idarəetmə sisteminin tətbiqində yardım göstərəcək.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, yardım AYİB-in Məsləhət Xidmətləri Biznesi Proqramı çərçivəsində göstəriləcək.

Öz növbəsində «Billur Klinikası»nın idarəçilik heyəti Azərbaycan əırazisində gəncləri və gənc ailələri müalicə etmək məqsədilə konsultasiyalar keçirmək üçün reproduktiv sağlamlıq sahəsində fəaliyyətini genişləndirərək bir sıra regional nümayəndəliklər açmaq niyyətindədir.

Klinikanın əsas məqsədi müştəri bazasını genişləndirmək, tibbi diaqnostika laboratoriyalarını müasir standartlara uyğunlaşdırmaqdır.

Qeyd edək ki, «Billur Klinikası» 2003-cü ildə şəxsi klinika kimi 3 işçi ilə fəaliyyətə başlayıb. Hazırda klinikanın 84 işçisi var və onların 44-ü reproduktiv sağlamlıq üzrə peşəkarlaşmış həkimlər, ginekoloqlar, uroloqlar və androloqlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR