Bank Of Baku

Saxlama müddəti ötmüş 960 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 960 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 20 aprel 2010 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda R.Rüstəmov küçəsi, 2527-ci məhəllədə Zaur Lətifova məxsus mağazada, Q.Qarayev prospekti, ev 28, mənzil 26 ünvanında yerləşən «Keyfiyyətli ərzaq» mağazasında, Q.Qarayev prospekti, ev 28 ünvanında Əziz Şahbazova məxsus ərzaq mağazasında, 4 saylı bazarın şərq hissəsində yerləşən «Sarı market»də, Ə.Vəliyev küçəsi, ev 11A ünvanında yerləşən «EFE market»də, E.Süleymanov küçəsi 112 ünvanında yerləşən «Bakı market»də, Nəsimi rayonunda Cavadxan küçəsi, 11 ünvanında yerləşən «Salman market»də, A.Məhərrəmov küçəsi, 45 ünvanında Vüqar Qasımova məxsus ərzaq dükanında, A.Məhərrəmov küçəsi, 23 ünvanında Rza Rayiyə məxsus ərzaq mağazasında, S.Tağızadə küçəsi, ev 46 ünvanında yerləşən «Çempion market»də, S.Tağızadə küçəsi, ev 45 ünvanında Esmira Sadıyevaya məxsus ərzaq mağazasında, H.Seyidzadə küçəsi, ev 2 ünvanında Azər Kərimova məxsus ərzaq mağazasında, Binəqədi rayonunda 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən «Kalva market»də, Balakən rayonunda S.Gözəlov küçəsində İsmayıl Novruzova məxsus ərzaq mağazasında, Qusar rayonunda H.Əliyev küçəsində yerləşən Elvira Kərimovaya məxsus mağazada, Qazax rayonunda H.Əliyev küçəsində yerləşən «Dərya market»də, Azadlıq küçəsində yerləşən «Göyçə market»də, Gəncə şəhərində Z.Hacıyev küçəsi ilə Tiflis küçəsinin kəsişməsində Vahid İsmayılova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 960 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsullar, kolbasa, konservləşdirilmiş məhsullar, yağlar, un məmulatları, süd və süd məhsulları, sərinləşdirici içkilər, meyvə şirələri, çay, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR