Bank Of Baku

Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirlikləri Bərdədə birgə müşavirə keçirib

Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirlikləri Bərdədə birgə müşavirə keçirib
# 20 aprel 2010 17:01 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyinin Əməyin mühafizəsi və texniki təhlükəsizlik sektoru ilə birgə Bərdədə regional müşavirə keçirib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, müşavirədə Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Füzuli və Cəbrayıl rayonlarının Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları, həmin rayonlardan olan bələdiyyə üzvləri və sahibkarlar iştirak edib.

Tədbir dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin baş verməməsi, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunmasının daim diqqət mərkəzində saxlanılması və qabaqlayıcı tədbirlərin görülməsinə həsr olunub. Müşavirədə «Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri» adlı foto-tematik sərgi də keçirilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Yanğına Qarşı Təbliğat şöbəsinin rəisi polkovnik İsmət Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti fermerlər və sahibkarlar üçün yanğına qarşı təbliğat kitabçaları hazırlayıb: “Maarifləndirmə bukletləri dənli və texniki bitkilərin istehsalı və emalı ilə məşğul olan sahibkarlara, fermerlərə paylanacaq. Yanğın təhlükəsi yarandığı halda, onun qarşısını almaq üçün regionlarda kifayət qədər texniki vasitə var və nazirlik lazım olduğu halda həmin ərazilərə əlavə qüvvə cəlb etmək imkanına malikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR