Bank Of Baku

ABŞ-da 1 dollara hərraca çıxarılan şəhər 370 min dollara satılıb

ABŞ-da 1 dollara hərraca çıxarılan şəhər 370 min dollara satılıb
# 21 aprel 2010 13:36 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın Vaşinqton ştatının inzibati ərazisinə daxil olan şəhərcik e-Bay internet auksionunda 370 min dollara satılıb.

APA-Economics”in məlumatına görə, 1898-ci ildə əsası qoyulan Vaukonda şəhərciyinin ilkin hərrac qiyməti 1 dollar olub.

Sietl yaxınlığında yerləşən şəhərcikdə dördmərtəbəli yaşayış evi, restoran, mağaza, poçt binası, yanacaqdoldurma məntəqəsi və təsərrüfat tikililəri mövcuddur.

Şəhərcikdəki bütün binalar 2007-ci ildən Dafna Fletçerə və onun qızı Cudiyə məxsusdur. Dafna Fletçer bildirib ki, Vaukondanın satılmasına səbəb qızının ABŞ ərazisində səyahət eşqinə düşməsidir: “Mənim yaşım isə şəhərciyi idarə etməyə imkan vermir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR