Bank Of Baku

Azərbaycan paytaxtında daha bir çörək istehsalçısının fəaliyyətinə qadağa qoyulub

Azərbaycan paytaxtında daha bir çörək istehsalçısının fəaliyyətinə qadağa qoyulub
# 22 aprel 2010 08:56 (UTC +04:00)
Komitədən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Nzarəti İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti monitorinq nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,116 ünvanında yerləşən çörək sexində istehsal normalarının kobud pozulması halları aşkar olunub. Fiziki şəxs V.Məmmədovaya məxsus müəssisədə məhsul istehsalı üçün şərait mövcud olmayıb, istehsalda xammal kimi mənşəyi məlum olmayan xörək duzundan istifadə edildiyi müəyyən olunub.

Bundan başqa, müəssisə istehsal olunan məhsul üçün normativ və texnoloji sənədlərlə təmin etməyib, uyğunluq sertifikatı mövcud olmayıb, hazır məhsulun laborator müayinəsi aparılmayıb.

Aşkar olunmuş nöqsanlarla bağlı inzibati qaydada protokol tərtib edilib, təsərrüfat subyektinin rəhbərinə cərimə tətbiq olunub və müəssisədə çörək istehsalına qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR