Bank Of Baku

Dünyanın 2000 nəhəng şirkətinin reytinqi açıqlanıb

Dünyanın 2000 nəhəng şirkətinin reytinqi açıqlanıb
# 22 aprel 2010 11:25 (UTC +04:00)
Bakı - APA-Economics. Məşhur “Forbes” jurnalı dünyanın 2000 nəhəng şirkətinin reytinqini açıqlayıb.

APA-Economics”in məlumatına görə, reytinq cədvəlinə ABŞ-ın “JP Morgan Chase” bankı rəhbərlik edir.

İlk beşlikdə “General Electric” şirkəti, “Exxon Mobil” korporasiyası, ABŞ-ın “Bank of America” və Çinin ICBC bankları da yer alıb.

İlk onluğu İspaniyanın “Banco Santander” bankı, ABŞ-ın “Wells Fargo”, Britaniyanın “HSBC Holdings”, Hollandiyanın “Royal Dutch Shell” və BP şirkətləri tamamlayır.

308 bankın və 115 neft-qaz şirkətinin yer aldığı reytinq cədvəlində Rusiyanın “Qazprom” (16), “Rosneft” (69) və “LUKoil” (77) şirkətlərinin də adı var. Ümumilikdə cədvəldə Rusiyanın 28, lider ABŞ-ın isə 62 müəssisəsi təmsil olunub.

Cədvəlin daha çox maraq doğuran məqamı isə 2005-ci ildə siyahının 1-ci və 3-cü piləsində yer alan “Citigroup” və AIG kimi maliyyə nəhənglərinin müvafiq olaraq 353-cü və 762-ci pilləyə düşməsidir. Buna səbəb onların qlobal kredit böhranından ciddi zərər görməsidir.

Qeyd edək ki, reytinq cədvəli satış, mənfəət, aktivlərin həcmi və bazar qiyməti prinsipləri əsasında tərtib olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR