Bank Of Baku

Azərbaycanın iş adamları Yunanıstana səfər edəcək

Azərbaycanın iş adamları Yunanıstana səfər edəcək
# 23 aprel 2010 11:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndə heyəti Yunanıstana işgüzar səfər edəcək.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, Yunanıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə cari ilin may ayının 4-9-da ASK-nın üzvləri Qərbi Yunanıstanda səfərdə olacaq.

Səfər çərçivəsində ASK-nın nümayəndələri regionun hakimiyyət (səlahiyyətli) orqanları ilə birlikdə müvafiq biznes sahələri üzrə işgüzar görüşlər keçirəcək.

Bundan başqa, ASK-nın nümayəndə heyəti Kozanidə keçiriləcək böyük gül şousunda da iştirak edəcək. Güllərdən başqa sözügedən şouda müxtəlif bağçılıq avadanlıqları, aksessuarlar nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR