Bank Of Baku

SKMF Ağstafa sahibkarlarına 640 min manat güzəştli kredit verib

SKMF Ağstafa sahibkarlarına 640 min manat güzəştli kredit verib
# 23 aprel 2010 12:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Ağstafada Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 400-ə yaxın sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov çıxışlarında hazırda Azərbaycanda sahibkarlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradıldığını bildiriblər, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının rolu barədə tədbir iştirakçılarına məlumat veriblər.

Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi sahəsində görülən işlər və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Öz növbəsində Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlərdən istifadə mexanizmi barədə geniş məlumat verib. SKMF-ın vəsaitlərinin daha səmərəli yerləşdirilməsində yeni yanaşmaların tətbiq olunduğunu qeyd edən Ş.Abdullayev bu istiqamətdə tədbirlərin 2010-cu ildə də davam etdirildiyini vurğulayıb.

Bundan başqa, tədbir çərçivəsində SKMF-ın güzəştli kreditlərinin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq keçirilib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və Fonda təqdim edilməsi qaydaları, güzəştli kreditlərdən səmərəli istifadə üsulları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə Ağstafa və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkarlıq subyektinə 640 min manatdan artıq güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR