Bank Of Baku

Bakıda “Aegis Media” şirkətlər qrupunun sammiti keçirilib - FOTO

Bakıda “Aegis Media” şirkətlər qrupunun sammiti keçirilib - <font color=red> FOTO</font>
# 24 aprel 2010 07:37 (UTC +04:00)
Bakı - APA. Aprelin 14-16-da Bakıda “Aegis Media” şirkətlər qrupunun sammiti keçirilib. APA-nın məlumatına görə, bölgənin aparıcı ölkələri olan Rusiya, Azərbaycan, Ukrayna, Belarus və Qazaxıstanın iştirak etdiyi sammitdə şirkətlər qrupunun MDB bazarında inkişafı və genişləndirilməsinə dair mövzular müzakirə olunub.

“Aegis Media Russia&CIS” şirkətinin Korporativ inkişaf üzrə direktoru Aleksey Paşkov sammitdə çıxış edərək, “Aegis Media”nın dünya media holdinqləri arasında liderlərdən biri olduğunu bildirib: “Son renkinqlərə görə bizim holdinqimiz 4-cü yeri tutur.




Azərbaycan MDB ölkələri arasında yatırımlar üçün ən prioritet və vacib ölkələrdən biridir. Bunu, demək olar ki, bütün iri istehsalçı şirkətlər (potensial reklam verənləri) də təsdiq edir. Azərbaycandakı partnyorumuz “OMM” şirkətidir və biz onlarla çalışmağımızdan çox məmnunuq. “OMM” peşəkar kollektivə malik yüksək templərlə inkişaf edən agentlikdir. Onu da qeyd edim ki, Gürcüstan bazarının bir hissəsini Azərbaycandakı ofisimiz vasitəsilə idarə edirik”.

Sammitdə “OMM” agentliyinin idarə heyətinin sədri Elnur Yəhyayev də çıxış edib. “Həqiqətən Azərbaycan reklam bazarı inkişaf edir və genişlənir. Bu gün Rusiya, Ukrayna, Qazaxıstan, Türkiyə, həmçinin Avropadakı baş ofisimizdən çoxlu iş sorğusu alırıq. “Aegis Media” şirkətlər qrupu Bakıdakı partnyorunu ən son texnologiya və vasitələrlə təmin edir. Bu da “Aegis Media” şirkətlər qrupunun standartlarına uyğun müştərilərimizə xidmət göstərməyimizə imkan yaradır. Bu yenə də onu göstərir ki, Azərbaycan reklam bazarı inkişaf və tərəqqi edir. Hazırda bizim agentlik “Aegis Media”nın Azərbaycanda demək olar ki, bütün müştərilərinə reklam xidmətləri göstərir. Ən yaxın gələcəkdə bu siyahını genişləndirərək, “Aegis Media”nın Azərbaycanda aktiv olan bütün müştərilərini portfoliomuza qatmaq niyyətindəyik”, - deyə E. Yəhyayev bildirib.

Son vaxtlar “Aegis Media” Azərbaycandakı afilə olunmuş partnyoru ilə sıx əlaqələr yaradaraq Bakıda və Moskvada treninqlər keçirir. Gələcəkdə “Aegis Media” holdinqi Azərbaycanda öz fəaliyyətini daha da genişləndirməyə planlaşdırır.

Sonda A. Paşkov bu cür sammitlərin tez-tez keçiriləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR