Bank Of Baku

Azərbaycan hökuməti kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərində dəyişiklik edib

Azərbaycan hökuməti kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərində dəyişiklik edib
# 26 aprel 2010 07:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri»ndə dəyişiklik edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliyə əsasən, kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumların illik gəliri 120 mln. manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği isə 300 mln. manat təsdiq edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2005-ci ildə təsdiq etdiyi göstəricilərdə ictimai əhəmiyyətli qurumların illik gəliri 150 mlrd. manat (denominasiyadan əvvəl), işçilərin orta sayı 120 nəfər, balansın yekun məbləği isə 500 manat göstərilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR