Bank Of Baku

«GSP+» proqramı çərçivəsində Mingəçevirdə seminar keçirilib

«GSP+» proqramı çərçivəsində Mingəçevirdə seminar keçirilib
# 26 aprel 2010 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Mingəçevirdə «Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin nümayəndələri, eləcə də Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirdə Avropa İttifaqının «İqtisadi İnkişaf Nazirliyinə Dəstək Layihəsi»nin mütəxəssisləri «GSP+» proqramı ilə bağlı sahibkarları məlumatlandırıb, proqrama qoşulmanın əhəmiyyəti və ixrac imkanlarının artırılmasında rolu barədə təqdimat keçiriblər.

Qeyd edək ki, 2009-cu ilin yanvar ayından etibarən Azərbaycan Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramına («GSP+») qoşulub. Ölkənin bu proqrama daxil edilməsi Azərbaycan üçün təqribən 7 200 mal mövqeyi üzrə Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır ki, bu da Azərbaycanın ixrac potensialının genişləndirilməsi və strukturunun diversifikasiyası baxımından əhəmiyyətlidir.

Hazırda azərbaycanlı sahibkarlar Kanada, Yaponiya, Türkiyə, Norveç, İsveçrə və ABŞ-ın «GSP» proqramlarından istifadə edərək öz məhsullarını bu ölkələrə güzəştli şərtlərlə ixrac etmək imkanına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR