Bank Of Baku

«Sabirabad Tədarük» Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışı keçirilir

«Sabirabad Tədarük» Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışı keçirilir
# 26 aprel 2010 13:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) vaxtilə ləğv edilmiş «Azəryeyintisənaye» Dövlət Şirkətinin tabeçiliyində olmuş «Sabirabad Tədarük» Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışını keçirir. Bu barədə «APA-Economics»ə ƏMDK-dən məlumat verilib.

Sabirabad rayonu, Şəhriyar küçəsi, 31 ünvanında yerləşən SC-nin nizamnamə kapitalı 9 114 manat, buraxılmış səhmləri 4 557 ədəd, güzəştli satışa çıxarılmış səhmləri 684 ədəd, bir səhmin nominal qiyməti 2 manatdır.

SC-nin səhmlərini əsas iş yeri həmin müəssisə sayılan işçilər, qanunvericiliyə uyğun olaraq həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər güzəştlə almaq hüququna malikdirlər.

Güzəştli satışa sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən mayın 24-dən iyunun 16-dək qəbul edilir. Güzəştli satışın yekunları iyunun 17-də təsdiqlənəcək. Güzəştli satışda yeganə ödəniş vasitəsi özəlləşdirmə çekləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR