Bank Of Baku

Moskvada azərbaycanlı iş adamlarının tikdirdiyi “Radisson Royal Hotel, Moscow” otelinin təntənəli açılış mərasimi keçirilib - FOTOSESSİYA

Moskvada azərbaycanlı iş adamlarının tikdirdiyi “Radisson Royal Hotel, Moscow” otelinin təntənəli açılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 aprel 2010 15:10 (UTC +04:00)
APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, açılış mərasimində Moskva meri Yuri Lujkov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, müxtəlif dini konfesiyaların nümayəndələri, ictimai-siyasi xadimlər, iş adamları, elm və mədəniyyət adamları iştirak ediblər. Soydaşlarımız Qod Nisanov və Zarah İliyevin sahibi olduğu otel rəsmi olaraq “Radisson” adlanacaq, lakin tarixi adını simvol olaraq qoruyacaq. Otelin qarşısında digər ölkələrin bayraqları ilə yanaşı Azərbaycanın da üçrəngli bayrağı dalğalanır. Azərbaycan mediası üçün keçirilən brifinqdə mehmanxananın həmtəsisçilərindən və tərəfdaşlardan biri İlham Rəhimov bildirib ki, otelin qarşısında Azərbaycan bayrağının dalğalanması təşəbbüsü ona məxsusdur: “Otelin daxilində, interyerdə Azərbaycanla bağlı çox şeylər var. Hətta bəzi otaqlarda Azərbaycanın interyer üslubunda milli xalçalardan, ornamentlərdən istifadə olunub. Bu addım məqsədyönlü olaraq atılıb. Bununla nümayiş etdirmək istəmişik ki, Rusiyada yaşayan azərbaycanlılar nəinki otel alıblar, həm də onun əsaslı şəkildə yenidən qurulmasına çoxlu pul xərcləyiblər. Burada heç bir sirr yoxdur. Otel 275 milyon dollara alınıb, onun yenidən qurulmasına isə 300 milyon dollar sərf olunub”.

İlham Rəhimov Azərbaycanla Rusiya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini deyib: “Lakin fikrimcə, ikitərəfli əməkdaşlığı inkişafına Rusiyada Vladimir Putinin hakimiyyətə gəlməsi böyük təkan verib. Putin 2001-ci ildə Azərbaycana tarixi səfər edib, o müddətdən iki ölkə arasında münasibətlər dinamik, aktiv xarakter almağa başlayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR