Bank Of Baku

Tiflisdə Gürcüstan-Azərbaycan biznes-forumu keçirilir

Tiflisdə Gürcüstan-Azərbaycan biznes-forumu keçirilir
# 29 aprel 2010 10:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA-Economics. Bu gün Tiflisdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və «Geo İnvest» Agentliyinin təşkilatçılığı ilə Gürcüstan-Azərbaycan biznes-forumu işə başlayıb.

APA-nın məlumatına görə, tədbirin açılış mərasimində Azərbaycan və Gürcüstanın iqtisadi inkişaf nazirləri Şahin Mustafayev və Zurab Pololikaşvili iştirak ediblər.

Nazirlər öz çıxışlarında iki ölkə arasında qarşılıqlı əməkdaşlıq, sərmayə yatırımı və digər məsələlər haqında danışıblar.

Biznes-forumda Azərbaycan və Gürcüstanın iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edir. Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR