Bank Of Baku

“Azpromo” və “Geo İnvest” Agentliyi arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb

“Azpromo” və “Geo İnvest” Agentliyi arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb
# 29 aprel 2010 10:58 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA-Economics. Bu gün Tiflisdə keçirilən Gürcüstan-Azərbaycan biznes-forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”) və “Geo İnvest” Agentliyi arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.

APA-Economics”in məlumatına görə, imzalanma mərasimində hər iki ölkənin iqtisadi inkişaf nazirləri Şahin Mustafayev və Zurab Pololikaşvili də iştirak edib.

Ş.Mustafayev qeyd edib ki, imzalanan sənəd iki ölkə arasında əlaqələrin inkişafına növbəti təkan verəcək.

N.Gilaurinin sözlərinə görə, əməkdaşlıq memorandumu Azərbaycan və Gürcüstanın Avropaya təqdim olunmasına imkan yaradacaq.

Qeyd edək ki, biznes-forumda Azərbaycan və Gürcüstanın iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edir. Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR