Bank Of Baku

Britaniyanın ticarət missiyası Azərbaycana gələcək

Britaniyanın ticarət missiyası Azərbaycana gələcək
# 30 aprel 2010 07:22 (UTC +04:00)
MEA-nın Londondakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfər Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə təşkil olunur.

Səfər çərçivəsində missiya üzvləri Azərbaycanın bir sıra nazirliyi, dövlət qurumları və özəl şirkət və təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək.

Xatırladaq ki, Yaxın Şərq Assosiasiyası (The Middle East Association) 1961-ci ildə Böyük Britaniya şirkətlərinin Yaxın Şərq regionunda biznesin irəliləməsi və dəstəkləməsi üçün yaradılıb və həmin bölgədə artıq fəaliyyət göstərən və göstərmək istəyən yeni Britaniya şirkətləri üçün müvafiq araşdırmalar, danışıqlar aparır və praktiki yardım göstərir.

Qeyd edək ki, bu, Azərbaycana təşkil olunan artıq üçüncü səfərdir. Səfərlər zamanı xüsusi diqqət Britaniya şirkətlərinin Azərbaycanın orta və kiçik sahibkarlıq sahəsində fəaliyyətə və ixrac imkanlarına yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR