Bank Of Baku

Bakıda II Belarus Milli Sərgisi keçiriləcək

Bakıda II Belarus Milli Sərgisi keçiriləcək
# 03 may 2010 09:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA-Economics. Mayın 5-dən 7-nə kimi Bakıda II Belarus Milli Sərgisi keçiriləcək.

Belarusun Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, sərgidə Belarus xalq təsərrüfatının bütün sahələrini əhatə edən 150 müəssisə iştirak edəcək.

Sərgi çərçivəsində «Belarus Respublikasının sosial-iqtisadi inkişafının vəziyyəti və perspektivləri. Belarus-Azərbaycan əməkdaşlığının gələcək inkişafının imkanları» adlı seminar-təqdimat keçiriləcək. Seminarda Belarusda biznes aparmaq üçün şərait, Belarus iqtisadiyyatının investisiya imkanları və innovasiya inkişafının yolları, ticarətdə beynəlxalq lizinq, banklararası əməkdaşlıq haqqında məruzələr dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR