Bank Of Baku

Qazaxıstanda beynəlxalq tikinti sərgisi keçiriləcək

Qazaxıstanda beynəlxalq tikinti sərgisi keçiriləcək
# 03 may 2010 14:31 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Mayın 19-21-də Astanada (Qazaxıstan) «AstanaBuild 2010» tikinti üzrə xüsusiləşdirilmiş XII Qazaxıstan beynəlxalq sərgisi keçiriləcək.

APA-Economics”in məlumatına görə, sərginin təşkilatçıları qismində “İteca-Qazaxıstan” və onun xarici tərəfdaşları “ITE Group Plc” (Böyük Britaniya), “GIMA” (Almaniya), “EUF A.S.” (Türkiyə) və “ITE China” (Çin) şirkətləri çıxış edirlər.

Tədbir Qazaxıstanın Tikinti işləri və mənzil-kommunal təsərrüfatı üzrə Agentliyinin və Astana şəhər meriyasının rəsmi dəstəyi ilə keçirilir. “AstanaBuild 2010”da dünyanın 15 ölkəsinin 100-dən yuxarı aparıcı şirkəti, o cümlədən Belarus, Almaniya, Hindistan, İspaniya, Qazaxıstan, Çin, Litva, BƏƏ, Polşa, Rusiya, Sloveniya, Türkiyə, Özbəkistan, Ukrayna, Fin və İsveç şirkətləri iştirak edəcək.

Sərgidə tikinti alətləri, bərkidici, elektrik, tikinti materialları və avadanlıq, landşaft layihələndirməsi, taxta materialları və texnologiyaları, interyer-bəzək materialları, pəncərə dekoru və dekorativ tekstil, boyalar, döşəmə örtükləri, işıqlandırma, daxili qapılar, isitmə və ventilyasiya və s. bölgələrdə yeniliklər nümayiş etdiriləcək.

Sərgi çərçivəsində iştirakçılar tərəfindən təşkil edilmiş müxtəlif seminarlar, təqdimatlar və digər tədbirlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR