Bank Of Baku

Səfir Nikolay Patskeviç: «Maliyyə böhranı Azərbaycan-Belarus ticarət dövriyyəsinə təsir göstərməyib»

Səfir Nikolay Patskeviç: «Maliyyə böhranı Azərbaycan-Belarus ticarət dövriyyəsinə təsir göstərməyib»
# 04 may 2010 11:26 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Dünya maliyyə böhranı Azərbaycanla Belarus arasında qarşılıqlı ticarət dövriyyəsinə təsir göstərməyib. APA-nın məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.

Səfirin sözlərinə görə, son üç il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 5 dəfə artıb. Belə ki, təkcə bu ilin ilk rübü ərzində Belarusdan Azərbaycana ixrac olunan malların həcmi 128% artıb.

Bununla yanaşı N.Patskeviç vurğulayıb ki, 2010-cu ildə Azərbaycan məhsullarının Belarusa ixracı prosesi də fəal inkişaf edir: «Bu ilin birinci rübündə Azərbaycandan ixrac olunan malların həcmi 113% artıb. Biz əminik ki, bu göstərici daha da artacaq».

«Biz artıq təkcə ticarət sövdələşmələri ilə kifayətlənmirik, Azərbaycan məhsullarının həm Belarusa, həm də digər dövlətlərə ixracının təşkili ilə bağlı layihələrin icrasına istiqamət götürmüşük», - deyə səfir vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR