Bank Of Baku

Sabah Bakıda II Belarus Milli Sərgisi işə başlayır

Sabah Bakıda II Belarus Milli Sərgisi işə başlayır
# 04 may 2010 12:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bakıda keçiriləcək II Belarus Milli Sərgisinin açılış mərasimində Belarus baş nazirinin müavini Andrey Kobyakov və Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov iştirak edəcəklər.

APA-nın məlumatına görə, bu barədə sərgiyə həsr olunmuş mətbuat konfransında Belarusun Azərbaycandakı səfirliyinin müşaviri Sergey Panasyuk bildirib.

Qeyd edək ki, mayın 5-dən 7-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək sərginin təşkilatçıları Belarusun Xarici İşlər, Ticarət nazirlikləri, Belarus Ticarət-Sənaye Palatası və bu ölkənin Azərbaycandakı səfirliyidir. Ekspozisiyasının sahəsi 1000 kv. metr olacaq sərgidə 150 müəssisə iştirak edəcək, Belarusun Minsk Avtomobil Zavodu, Minsk Traktor Zavodu və s. istehsalçılarının məhsulları, eləcə də birgə yığılmış avtotexnika nümayiş olunacaq.

Belarusun elmi müəssisələri, Səhiyyə, Sənaye, Energetika, Təhsil, Tikinti və İnşaat, Kənd Təsərrüfatı nazirlikləri də sərgidə stendlə təmsil olunacaqlar. Sərgi çərçivəsində seminar-təqdimatların, dəyirmi masa və biznes-görüşlərin keçirilməsi də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR