Bank Of Baku

Regionlarda sahibkarlar üçün treninqlər keçirilib

Regionlarda sahibkarlar üçün treninqlər keçirilib
# 04 may 2010 16:29 (UTC +04:00)
Bakı - APA. İqtisadi İnkişaf Nazirliyi (İİN) sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi və sahibkarlığın məsləhət, informasiya təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti bu cür tədbirlər İİN-in Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Samuxda, Oğuz və Qəbələ rayonlarında keçirilib.

Samuxda keçirilmiş “Biznesin təşkili və idarə edilməsi” mövzusunda treninqdə bu rayonda fəaliyyət göstərən 20-yə yaxın sahibkar iştirak edib. Tədbirdə sahibkarlara yeni biznes ideyalarının formalaşdırılması, biznesin təşkili və inkişaf etdirilməsi ilə bağlı geniş məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılıb.

Sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün Oğuz və Qəbələ rayonlarında keçirilmiş “Biznes ideyası yarat və öz biznesinə başla” mövzusunda 10 günlük təlim kurslarında isə sahibkarlara biznes-planların tərtib edilməsi, məhsul istehsalı və satışı, reklamın təşkili və s. mövzularda geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla və təkmilləşdir” proqramı çərçivəsində keçirilən təlim kurslarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən 20 nəfər iştirak edib.

Analoji tədbirlər digər regionlarda da davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR