Bank Of Baku

Balakən rayonunda vaxtı keçmiş ərzaq məhsulları məhv edilib

Balakən rayonunda vaxtı keçmiş ərzaq məhsulları məhv edilib
# 05 may 2010 10:16 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayonunda vaxtı keçmiş ərzaq məhsulları məhv edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.
Məlumata görə, rayonda əhalinin sağlamlığını nəzərə alaraq rayonda fəaliyyət göstərən mağazalarda və ictimai iaşə obyektlərində reydlər keçirilib. 94 mağazada keçirilmiş reyd zamanı ümumi dəyəri 1356 manat olan, 84 adda müxtəlif növ vaxtı keçmiş və mənşəyi bəlli olmayan qida məhsulları (kolbasa, qənnadı məhsulları, süd və süd məhsulları, sərinləşdirici içkilər, uşaq qidaları və s.) aşkar edilib və müvafiq komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.
Balakən RİH-dən bildirilib ki, rayon ərazisində belə tədbirlərin keçirilməsi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR