Bank Of Baku

CEİBC prezidenti Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

CEİBC prezidenti Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
# 05 may 2010 15:49 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) prezidenti və icraçı direktoru Telman Əliyev Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri və CEİBC-dəki təmsilçisi, səfir Rolan Kobia ilə görüşüb.

Klubdan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan şirkətlərinin Avropanın biznes-məkanına inteqrasiyası, Aİ ilə Xəzər, Qara və Baltik dənizləri regionları arasında işgüzar münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunub.

T.Əliyev R.Kobianı CEİBC-nin 2010-2011-ci illər üçün tədbirlər planı ilə də tanış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR