Bank Of Baku

Təsərrüfat subyektlərində malların etiketlənməsi qaydalarına əməl edilməsi ilə bağlı yoxlamalar aparılıb

Təsərrüfat subyektlərində malların etiketlənməsi qaydalarına əməl edilməsi ilə bağlı yoxlamalar aparılıb
# 06 may 2010 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin mart-aprel ayı ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 24 təsərrüfat subyektində malların etiketlənməsi qaydalarına əməl edilməsi ilə bağlı yoxlamalar aparıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti martın 1-dən idxalla məşğul olan təsərrüfat subyektlərində malların etiketlənməsi qaydalarına əməl edilməsi ilə bağlı yoxlamalara başlayıb və hesabat dövründə təsərrüfat subyektlərinin 16-da malların etiketlənməsi qaydalarına əməl edildiyini aşkar edib.

Yoxlama keçirilən təsərrüfat subyektlərinin 8-də malların bir hissəsinin etiketlənməsinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilib. Bununla əlaqədar olaraq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu təsərrüfat subyektlərinin anbarlarında olan 321,2 ton ərzaq mallarının (şəkər, bal, qənnadı məhsulları, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, tamlı məhsullar, sərinləşdirici içkilər və s.) və 212,7 ton qeyri-ərzaq mallarının (yuyucu vasitələr, kremlər, salfetlər, sabun, şampun, dezodorant və s.) satışı müvəqqəti olaraq dayandırılıb.

Görülmüş tədbirlər nəticəsində ərzaq mallarının 106,5 tonunun, aşkar olunmuş qeyri-ərzaq mallarının isə bütünlükdə qanunvericiliyin tələblərinə uyğun etiketlənməsi təmin edilib və etiketlənmiş mallar ticarət dövriyyəsinə qaytarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR