Bank Of Baku

Azərbaycan Risk Peşəkarları Assosiasiyasının nəzdində ekspert qrupu yaradılıb

Azərbaycan Risk Peşəkarları Assosiasiyasının nəzdində ekspert qrupu yaradılıb
# 06 may 2010 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) nəzdində hüquqi risklərin idarə olunması üzrə ekspert qrupu yaradılıb.

ARPA-dan «APA-Economics»ə verilən məlumata görə, ekspert qrupuna Assosiasiyanın üzvü olan «Bank of Baku» ASC-nin Hüquq Departamentinin direktoru Qorxmaz Ağayev (ekspert qrupunun rəhbəri), «VTB-Azerbaijan» ASC-nin İdarə Heyətinin sədr müavini Əkrəm Həsənov, «Bank of Azerbaijan» ASC-nin hüquq şöbəsinin müdiri Rüfət Abdulla, CLC hüquq şirkətinin İdarə Heyətinin sədri Pərviz Məmmədov, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin əməkdaşı Eldar Adilzadə və ARPA-nın məsul əməkdaşları daxildir.

Ekspert qrupu ilkin mərhələdə bank və şirkətlərdə hüquqi risklərin idarə edilməsi sahəsində mövcud vəziyyətin öyrənilməsi, banklarda hüquqi risklərin idarə olunması meyarlarının formalaşdırılması işinin aparılmasını planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR