Bank Of Baku

Zaqatalada vaxtı keçmiş ərzaq məhsulları məhv edilib

Zaqatalada vaxtı keçmiş ərzaq məhsulları məhv edilib
# 06 may 2010 16:43 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda vaxtı keçmiş ərzaq məhsulları məhv edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.
Məlumata görə, rayonda fəaliyyət göstərən mağazalarda və ictimai iaşə obyektlərində reydlər keçirilib. Keçirilmiş reyd zamanı 12 mağazada vaxtı keçmiş və mənşəyi bilinməyən qida məhsulları aşkar edilib, mağaza sahiblərinə inzibati qaydada akt tərtib edilib. Ümumilikdə rayon ərazisində keçirilmiş reyd zamanı dəyəri 2102 manat olan, 1 tona yaxın müxtəlif növ vaxtı keçmiş və mənşəyi bəlli olmayan qida məhsulları (kolbasa, qənnadı məhsulları, süd və süd məhsulları, sərinləşdirici içkilər, uşaq qidaları və s.) aşkar edilib və müvafiq komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.
Zaqatala RİH-dən bildirilib ki, rayon ərazisində belə tədbirlərin keçirilməsi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR