Bank Of Baku

«Doğtaş Mobilya» şirkəti yayda rəsmən Azərbaycan bazarına çıxacaq

«Doğtaş Mobilya» şirkəti yayda rəsmən Azərbaycan bazarına çıxacaq
# 07 may 2010 07:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin mebel sənayesində aparıcı şirkətlərindən sayılan «Doğtaş Mobilya» şirkəti iyun-iyul aylarında Azərbaycanda mağaza açmağı planlaşdırır. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin baş direktoru İsmayıl Doğan bildirib.

İ.Doğan bu ilin yay aylarında Türkiyə xaricində - Fransa, Misir, Azərbaycan, İordaniya, Almaniya, Səudiyyə Ərəbistanı, Türkmənistan, Qazaxıstan, Suriya, İraq və Bolqarıstanda mağazalar açmağı planlaşdırdığını qeyd edib.

İ.Doğan onu da əlavə edib ki, bu il şirkətin yaranmasının 38 ili qeyd olunur. Bu münasibətlə «Doğtaş Mobilya» ölkə daxili və xaricində yeni 38 mağaza açmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR