Bank Of Baku

Məhəmməd əl-Fayed «Harrods» univermağını satıb

Məhəmməd əl-Fayed «Harrods» univermağını satıb
# 08 may 2010 15:17 (UTC +04:00)
Bakı – APA. Misirli biznesmen Məhəmməd əl-Fayed (Mohamed al-Fayed) Londondakı məşhur «Harrods» univermağını 1,5 mlrd. funt sterlinqə Qətərin kral ailəsinə satıb.

APA-nın məlumatına görə, 77 yaşlı iş adamı biznesdən uzaqlaşmaq qərarına gəlib və vaxtının əsas hissəsini övladları və nəvələrinə həsr etmək arzusundadır. Əl-Fayed London univermağına son 25 il ərzində idarə edib.

Premium sinfinə Aid olan «Harrods» univermağı Londonun görkəmli tikililərinə aid edilir. Bu ticarət obyektində 6 mindən artaq insan çalışır, hər gün buranı təxminən 35 min nəfər ziyarət edir. «Harrods» 1834-cü ildən fəaliyyət göstərir və ötən dövr ərzində müəssisənin 4 sahibi olub. Univermağın dördüncü sahibi olan əl-Fayed «Harrods»u 1985-ci ildə 615 mln. funt sterlinqə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR