Bank Of Baku

Saxlama müddəti ötmüş 280 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 280 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 11 may 2010 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Səbail rayonunda Q.Abbasov küçəsi, ev 44 ünvanında Nailə Cavadovaya məxsus mağazada, Ö.F.Nemanzadə küçəsi, ev 80 ünvanında Fazil Alıyevə məxsus ərzaq mağazasında, A.İsmayılov küçəsi ilə Salyan şosesinin kəsişməsində yerləşən «Ülvi market»də, Nizami rayonunda B.Nuriyev küçəsi, ev 21 ünvanında Natiq Məmmədova məxsus mağazada, A.Manafov küçəsi, ev 16, mənzil 1 ünvanında Səfa Əliyevə məxsus mağazada, Q.Qarayev prospekti, ev 25/6, mənzil 2 ünvanında Rahilə Məhərrəmovaya məxsus ərzaq mağazasında, Nəsimi rayonunda M.Cəfərov küçəsi, ev 16 ünvanında yerləşən «Şeyla market»də, A.Məhərrəmov küçəsi, ev 30A ünvanında yerləşən «Sofiya market»də, Nərimanov rayonunda Ə.Rəcəbli küçəsi, ev 5, mənzil 3 ünvanında yerləşən «Ramal market»də, Xətai rayonunda Ə.Axundov küçəsi, ev 10 ünvanında Vəzifə Nəcəfovaya məxsus mağazada, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1 ünvanında yerləşən «Astoriya» restoranında, Gəncə şəhərində Z.Hacıyev küçəsi, ev 21 ünvanında yerləşən «Qoşqar market»də, Atatürk prospekti, 17 ünvanında Tural Nağıyevə məxsus ərzaq malları mağazasında, Xudat şəhərində Bazar ərazisində Murad Xudayevə məxsus mağazada ümumi çəkisi 280 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, balıq, konservləşdirilmiş məhsullar, kolbasa, süd və süd məhsulları, un məhsulları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR