Bank Of Baku

Gəncə və Yevlaxda elektron ticarətlə bağlı seminarlar keçirilib

Gəncə və Yevlaxda elektron ticarətlə bağlı seminarlar keçirilib
# 12 may 2010 15:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə Gəncə və Yevlax şəhərlərində «Elektron ticarətin təşviqi» ilə bağlı seminarlar keçirilib.

İİN-dən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) «Ticarət və investisiya islahatlarına dəstək proqramı» layihəsi çərçivəsində keçirilmiş tədbirlərdə İİN-in, Bakı Biznes Tədris Mərkəzinin, nazirliyin Aran və Gəncə-Qazax regional bölmələrinin nümayəndələri və 100-ə yaxın sahibkar iştirak edib.

Seminarlarda elektron ticarət və onun əhəmiyyəti, bu sahədə Azərbaycandakı mövcud qanunvericilik, elektron ticarət portallarının xüsusiyyətləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ölkə prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq olunmuş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda «elektron ticarət»in yaradılması sahəsində işlərin intensivləşdirilməsi barədə İİN-ə tapşırıq verilib.

Tapşırığın icrasını təmin etmək məqsədilə İİN və Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən «elektron ticarət»lə bağlı veb portalın yaradılması istiqamətində işlərə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR