Bank Of Baku

Qazax və Ağstafa rayonlarında fəaliyyət göstərən çörək sexlərində reyd keçirilib

Qazax və Ağstafa rayonlarında fəaliyyət göstərən çörək sexlərində reyd keçirilib
# 13 may 2010 10:24 (UTC +04:00)
Ağstafa-Qazax. Ayxan Hüseynov - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncədə yerləşən 2 saylı Ərazi Nəzarət İdarəsi Ağstafa və Qazax rayonlarında fəaliyyət gösətərən çörək sexlərində reyd keçirib.

APA-nın Qərb bürosunun məlumatına görə, reydin əsas məqsədi bu rayonlarda fəaliyyət göstərən çörək sexlərində çörəyin bişirilməsi, daşınması və satılmasında sanitar qaydalara riayət olunub-olunmamasını yoxlamaq olub.

Reyd zamanı hər iki rayonda fəaliyyət göstərən çörək sexlərində antisanitar vəziyyət aşkarlanıb. Ağstafa rayonunda keçirilən reyd zamanı sexlərdə çörəyin bişirilməsi, daşınması və satılmasında da sanitariya qaydalarına riayət olunmadığı aşkar edilib. Belə antisanitar vəziyyətdə çörək bişirən sex sahibləri onlara tutulan iradları qəbul etməyib və hətta bəzi sexlərin sahibləri sexlərin qapısını bağlayaraq keçirilən reydlərə mane olmaq istəyib.

2 saylı Ərazi Nəzarət İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Ağstafa rayonunda fəaliyyət göstərən iki çörək sexinin fəaliyyət göstərməsinə qadağa qoyulacaq. Digərlərinə isə müvafiq İnzibati Xətalar Məcəlləsinin maddələri ilə cərimə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR