Bank Of Baku

Lənkəranda “Brendinq strategiyasının tətbiqi” mövzusunda regional tədbir keçirilib

Lənkəranda “Brendinq strategiyasının tətbiqi” mövzusunda regional tədbir keçirilib
# 13 may 2010 16:32 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Mayın 13-də Lənkəranda Alman Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (İİN) Lənkəran-Astara iqtisadi regionunda brend yaradılmasına həsr olunmuş birgə seminar keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının icra strukturlarının, mədəniyyət və turizm şöbələrinin və turizm sektorlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə regional brendin yaradılması üçün icra planına daxil olan məsələlər müzakirə olunub.

GTZ-nin mütəxəssislərindən Kathe Brakhan və Cavid Əliyev, İİN-in sektor müdiri Amil Əlilli və digərləri brendinq strategiyasının mahiyyəti, regional məhsulların və xidmətlərin eyni ad altında birləşdirilməsi və müştərək təbliğatının aparılmasının əhəmiyyətindən danışıblar. Bu mövzuda işlərin davamlı surətdə aparılması və yaxın gələcəkdə analoji tədbirlərin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR