Bank Of Baku

Ukrayna Ermənistanı ÜTT-nin qaydalarını pozmaqda ittiham edib

Ukrayna Ermənistanı ÜTT-nin qaydalarını pozmaqda ittiham edib
# 14 may 2010 11:33 (UTC +04:00)
APA-Economics”in “Kommersant-Ukraina”ya istinadən məlumatına görə, Ukrayna İqtisadiyyat Nazirliyi bu ölkələrdə Ukrayna tütün məmulatlarına münasibətdə diskriminasiya xarakterli vergi tətbiq olunduğunu müəyyən edib.

Rəsmi Kiyev məsələni ÜTT mexanizmləri vasitəsilə həll etməyi planlaşdırır. Artıq Ermənistanla qeyri-rəsmi məsləhətləşmələrə başlanılıb. Yaxın günlərdə analoji məsləhətləşmələr Monqolustanla da keçiriləcək. Ötən il Ukraynanın tütün şirkətləri Gürcüstanda da analoji problemlə üzləşmiş, məsələ ÜTT mexanizmləri vasitəsilə həll olunmuşdu.

Qeyd edək ki, Ukrayna 16 may 2008-ci ildən ÜTT-nin üzvüdür. 1995-ci ildə beynəlxalq ticarətin inkişaf etdirilməsi məqsədilə yaradılan ÜTT hazırda dünyanın 150 ölkəsini birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR